Berkli Universitetində Lütfi Zadəyə həsr edilmiş simpozium

 

   ABŞ-ın Berkli Kaliforniya Universitetində süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin (1921-2017) anadan olmasının 97-ci ildönümünə həsr edilmişQeyri-səlis məntiq qeyri-səlis çoxluqlarmövzusunda simpozium keçirilib.

   Simpozium Berkli Universitetinin Elektrik mühəndisliyi kompüter elmləri fakültəsinin maliyyə dəstəyi, Lütfi Zadənin davamçısı ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovanın təşkilatçılığı ilə keçirilib.

   Simpoziuma dəvət olunanlar arasında ABŞ-ın Texas, Corciya, Vaşinqton, Vircinia ştatlarından, Braziliya, Meksika, Rumıniya, KanadaAvstraliyadan alimlər, habelə Kaliforniyanın San-Xose, San-Fransisko, Berkli və digər universitetlərinin professorları, Kaliforniyadakı Azərbaycan diasporunun üzvləri olublar.

   Çıxış edənlər Lütfi Zadənin dünya elminə əvəzsiz töhfələrindən, elmi nəzəriyyələrinin tətbiqindən və inkişafından danışıblar. Onu “Dünyanın həqiqi elm vətəndaşı” adlandırıb, alim haqqında xatirələrini bölüşüblər.

   Tədbirdə Lütfi Zadənin elmi fəaliyyəti haqqında film nümayiş etdirilib.

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.13.