Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər

 

Azərbaycan alimləri Özbəkistanda beynəlxalq konfransa qatılıblar

Fevralın 6-7-də Özbəkistanın Nəvai şəhərində Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər mövzusunda beynəlxalq konfrans keçirilib.

Böyük özbək şairi Əlişir Nəvainin irsinə həsr olunmuş tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Hindistan, Əfqanıstan, Pakistan və digər ölkələrdən alimlər iştirak ediblər.

Ölkəmizi konfransda Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, institutun əməkdaşı Elçin İbrahimov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, filologiya üzrə fəlsəfə doktoru Könül Rəhimova və Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər təmsil edib.

Konfransda Azərbaycan alimlərinin də Əlişir Nəvainin həyat və yaradıcılığı ilə bağlı məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.14.