Xalq artistinin yubileyinə həsr olunan gecə

 

 

   Aprelin 3-də Heydər Əliyev Sarayında görkəmli muğam ifaçısı, Xalq artisti Arif Babayevin 80 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

   Sarayın mətbuat xidmətindən bildirilib ki, yubiley gecəsində muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan sənətkarın yaradıcılığından söz açılacaq, “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah”, “Segah” muğamları, təsniflər, bəstəkar mahnıları təqdim olunacaq.

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.3.