Ağakişiyeva Zərnigar Fəti qızı

 

 

   Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli teatrkino aktrisası, Xalq artisti, Prezident təqaüdçüsü Zərnigar Fəti qızı Ağakişiyeva 2018-ci il fevralın 9-da, ömrünün 73-cü ilində vəfat etmişdir.

   Zərnigar Ağakişiyeva 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində anadan olmuşdur. O, 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dramkino aktyoru fakültəsini bitirmişbir müddət Tədris teatrında çalışmışdır. 1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan istedadlı aktrisa 2011-ci ilə qədər bu teatrda işləmişdir. Burada çalışdığı 40 ilə yaxın müddətdə Zərnigar xanımın yaratdığı Tatyana (M.Qorki, “Meşşanlar”), Xuraman (S.Vurğun, “Vaqif”), Şəfəq (S.Dağlı, “Kölgələr pıçıldaşır”), Zeynəb, Ana (B.Vahabzadə, “Kimdir haqlı?”, Dar ağacı”), Zivər (Anar, “Təhminə və Zaur”), Kəmalə, Fəxrəndə xanım (İ.Əfəndiyev, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”), Bernarda (F.Q.Lorka, “Dişi canavar”), Pəri xanım (M.F.Axundzadə “Lənkəran xanının vəziri”), Qadın (Elçin, “Poçt şöbəsində xəyal”), Yasəmən (S.S.Axundov, “Eşqintiqam”), Qadın (N.Hikmət, “Kəllə”), Kərbəlayi Fatma (C.Məmmədquluzadə, “Ölülər”), Yaşlı aktrisa (A.Məsud, “Qatarın altına atılan qadın”) kimi rəngarəng obrazlar teatr salnaməsində özünəməxsus yer tutur.

   Zərnigar Ağakişiyeva televiziya tamaşalarında və “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərdə (“Pəncərədən daş gəlir”, “Atayevlər ailəsi”, “Sarıköynəklə Valehin nağılı”, “Mehmanxana sahibəsi”, “Kişilər”, “Yol əhvalatı”, “Dantenin yubileyi”, “Özgə həyat”, “Yaramaz”, “Təhminə və Zaur”, “Yuxu” və s.) yaddaqalan obrazlar qalereyası yaratmışdır.

   Milli teatr sənətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən aktrisa 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2004-cü ildən Prezident təqaüdçüsü idi.

   Görkəmli teatr xadimi, gözəl insan Zərnigar Ağakişiyevanın əziz xatirəsi sənətsevərlərin və onu tanıyanların qəlbində əbədi yaşayacaq.

   Allah rəhmət eləsin.

  

   Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

   Azərbaycan Teatr Xadimləri İttifaqı

   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.7.