Mərdəkan Mədəniyyət sarayının bədii rəhbəri dünyasını dəyişib

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət sarayının bədii rəhbəri Kamran Ağakərim oğlu İsrafilov fevralın 12-də, 39 yaşında vəfat edib.

Kamran İsrafilov 1979-cu ildə anadan olub. Bir müddət televiziya jurnalistikası sahəsində çalışıb. İctimai Televiziyada uşaqlar üçün verilişin aparıcısı olub, müxtəlif mədəniyyət layihələrinin, konsert proqramlarının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə, UNESCO-nun qərargahında keçirilən Azərbaycanın xoşməramlı mələkləri adlı konsertin bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib. Bakı Media Mərkəzinin istehsalı olan Əbədi ezamiyyət sənədli filmində Əlimərdan bəy Topçubaşov obrazını canlandırıb.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.7.