İstedad sorağındamüsabiqəsi davam edir

 

   Bakı Xətai Sənət Mərkəzi tərəfindən elan edilənİstedad sorağında-3” adlı rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə gerçəkləşir.

   “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində reallaşdırılan müsabiqə istedadlı gənclərin üzə çıxarılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının artırılması məqsədi daşıyır. Müsabiqədə iştirak etmək istəyən 16-29 yaş arası gənclər əsərlərini aprelin 30-dək xsm.2016@mail.ru elektron ünvanına göndərə bilərlər.

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.16.