Şəhrizadbaletinin tamaşası anşlaqla keçib

 

   Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında görkəmli rus bəstəkarı N.Rimski-KorsakovunŞəhrizadbaleti təqdim olunub. Teatrdan bildirilib ki, anşlaqla keçən tamaşanı respublikanın tanınmış mədəniyyət incəsənət xadimləri izləyiblər.

   Baletdə əsas rolları truppanın aparıcı solistləri - Elmira Süleymanova və Əməkdar artist Samir Səmədov canlandırıblar. Hər iki solist parlaq ifaları ilə tamaşaçıların gurultulu alqışlarını qazanıb. Tamaşa Xalq artisti, dirijor Yalçın Adıgözəlov tərəfindən idarə edilib.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.3.