Əhməd bəy Ağaoğlunun kitabı Strasburqda çap edilib

 

Fransanın Strasburq şəhərində 2017-ci ildə Dilbadi Qasımov, Jan-Emanüel MedinaNicat Kazımov tərəfindən təsis edilmiş Kəpəz nəşriyyatında görkəmli jurnalistpublisist, alimictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun (1869-1939) Müsəlman dünyasının islahatı (Qərb uğurları Şərq oyanışından ilhamlananda) adlı kitab çap edilib. Bu, nəşriyyatda işıq üzü görən ilk kitabdır.

Əhməd bəy Ağaoğlu Şuşa şəhərində anadan olub, Parisin Sorbon Universitetində təhsil alıb. Avropada islamşünas alim kimi tanınıb. XX əsrin əvvəlində "Həyat" (Əli bəy Hüseynzadə ilə birlikdə), "İrşad", "Tərəqqi" qəzetlərinin redaktoru olub.

Daha sonra Türkiyəyə gedib, jurnalistlik fəaliyyəti ilə yanaşı, İstanbul Universitetinin professoru kimi mühazirələr oxuyub. Cümhuriyyət qurulandan (1918) sonra vətənə gəlib, Azərbaycan Parlamentinə üzv seçilib. 1919-1920-ci illərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edib.

Cümhuriyyətin süqutundan (1920) sonra Türkiyəyə mühacirət edib. Türkiyə Böyük Millət Məclisinin (1923-1927) üzv seçilib, "Hakimiyyəti-milliyyə", "Cümhuriyyət", "Millət" qəzetlərinin redaktoru işləyir. 1939-cu ildə Türkiyədə vəfat edib.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.5.