Sumqayıtda mədəniyyət müəssisələrinin kollektivləri ilə görüşlər

 

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq çalğı alətləri orkestriXor kollektivinin üzvləri ilə görüşüb.

   Sumqayıtdakı Heydər Əliyev Mərkəzində gerçəkləşən görüşdə idarə rəisi yeni kollektivlərə bu günlərdə “Kimyaçılar” sarayında keçirilən konsertdə maraqlı çıxışlarına görə şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının təşəkkürünü çatdırıb, uğurlar arzulayıb.

   Orkestrin dirijoru, Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov, solist Gülzar Fərəcova və digərləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

   Daha bir görüş Sumqayıt şəhər F.Əmirov adına Uşaq musiqi məktəbində keçirilib. Şəhər icra başçısının müavini Teymur Səmədov, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Qubadlı rayonu üzrə baş məsləhətçi İlham Əhmədov məktəbin “Buta” qızlar ansamblının üzvləri ilə görüşüb. Ansamblın çıxışını dinləyən qonaqlar kollektivin uğurlara imza atacağına ümidvar olduqlarını bildiriblər. Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin növbəti layihəsi olanButa” qızlar ansamblının bədii rəhbəri Vasif Heydərov, konsertmeysteri Aynur Məhərrəmovadır.

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov Abşeron rayon mədəniyyət müəssisələrinin kollektivləri ilə də görüşüb. Görüş zamanı Abşeron rayon Mədəniyyət mərkəzinin yeni təyin olunmuş direktoru Arif Vəliyevin təqdimatı olub. Rəis yeni direktora fəaliyyətində uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.6.