“Nəsimi poeziyası”

 

   Bədii qiraət müsabiqəsi davam edir

  

   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilir.

   Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında müsabiqənin birinci turunun ilk mərhələsi təşkil olunub. MKS-nin direktoru Saməddin Nəsirov müsabiqə barədə məlumat verib. Yazıçı-publisist Şıxəmməd Seyidməmmədov, şair Asvar Tufandağlı, B.Səfəroğlu adına rayon Mədəniyyət mərkəzinin bədii rəhbəri Seyfulla Ağayev və başqaları çıxış edərək Nəsimi poeziyasının ideya-bədii xüsusiyyətlərindən söz açıblar.

   Şairin yaradıcılığından qəzəllər söyləyən müsabiqə iştirakçıları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.11.