Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir

 

   Saatlı rayon Mərkəzi kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

   MKS-nin direktoru Sakit Bağırov, tarixçi Mehriban Ağayeva Cümhuriyyətin tarixindən söz açıblar. Qeyd edilib ki, Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika kimi tarixə yazılıb.

   Tədbirdə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Şərqiyyə Şahpələngova, MKS-nin direktor müavini Həqiqət Həziyeva, Əməkdar mədəniyyət işçisi Mehdi Mehdizadə və başqalarının çıxışları dinlənilib.

   Cümhuriyyətin 100 illiyinə həsr olunmuş sərgi nümayiş etdirilib.

  

Mədəniyyət.- 2018.- 16 fevral.- S.11.