Rəssam soydaşımızın ustad dərsləri

    

 

   Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamov fevralın 13-dən 15-dək Tolyatti şəhərindəki emalatxanasında ustad dərsləri keçib.

   Şəkinin Qoxmuq kəndində anadan olan Bayram Salamov 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Rusiyada, Çexiyada, Kiprdə fərdi sərgiləri keçirilib. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə təşkil edilib. Əsərləri Almaniya, İsveç, İtaliya, Böyük Britaniyadas. ölkələrdə fərdi kolleksiyalarda saxlanılır.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.13.