“TRT Belgeselkanalında Nargin adası ilə bağlı sənədli film

 

   Fevralın 17-də Türkiyənin “TRT Belgeselkanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq.Bilinməyən tarix, Nargin adası əsarətiadlı sənədli film ötən il “TRT Belgeselkanalı tərəfindən Bakıda, Nargin adasında Gəncədə çəkilib.

   Filmdə I Dünya müharibəsində Nargin adasında rus ordusu tərəfindən əsir götürülən Osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edilir. TRT sənədli filmin ərsəyə gəlməsində göstərdikləri köməyə görə Azərbaycan Televiziyasına, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinə, AMEA-nın Tarix İnstitutuna təşəkkürünü bildirib. Ekran işi iki qardaş ölkənin ortaq şanlı tarixinin bir parçası olaraq yaddaşlarda yaşayacaq.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.15.