Arif BabayevŞərəfordeni ilə təltif edilib

 

   Prezident İlham Əliyev fevralın 19-da görkəmli xanəndə, Xalq artisti Arif İmran oğlu BabayevinŞərəfordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

   Fevralın 20-də 80 yaşı tamam olan sənətkar Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.

 

Mədəniyyət.- 2018.- 21 fevral.- S.2.