YARAT”da növbəti qısametrajlı film festivalı

 

   Fevralın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Future Shorts” adlı qısametrajlı film festivalı keçiriləcək.

   Yeni qış mövsümü toplusunun nümayişi olan festival yaradıcı qruplar fərdlər üçün meydan sayılan “YARAT Freestyle” proqramı çərçivəsində reallaşacaq. Festival çərçivəsində altı ekran əsərinin nümayişi nəzərdə tutulur. İştirakçılar filmləri rus dilində subtitrlərlə izləyəcəklər.

   Mövcud olduğu 12 il ərzində festival dünyada peşəkarlara və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

 

Mədəniyyət.- 2018.- 21 fevral.- S.2.