Milli Kitabxanada Əliağa Kürçaylının yubileyinə həsr olunmuş sərgi

 

   Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında “Əliağa Kürçaylı - 90” adlı kitab sərgisi açılıb. Sərgi Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının anadan olmasının 90 illiyinə həsr olunub.

   Sərgidə şairin Azərbaycan və rus dillərində çap olunmuş əsərləri, sözlərinə yazılmış musiqilərin diskləri, redaktoru olduğu, tərcümə etdiyi kitablar və ədib haqqında ayrı-ayrı müəlliflərin yazdığı kitablar, qəzet-jurnal materialları yer alıb.

   Sərgi bir həftə davam edəcək.

  

Mədəniyyət.- 2018.- 21 fevral.- S.2.