Azərbaycanlı ifaçı İngiltərədə simfonik orkestrlə birlikdə çıxış edəcək

 

 

   Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev martın 3-də İngiltərədə Bolton Simfonik Orkestri ilə birlikdə çıxış edəcək. Bu barədə məlumat musiqiçinin Bolton Simfonik Orkestrinin saytlarında yer alıb. Konsertdə rus bəstəkarlarının əsərləri səsləndiriləcək.

   Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çinbaşqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib, BBC radiosunda orkestrin müşayiəti ilə çıxış edib.

 

Mədəniyyət.- 2018.- 21 fevral.- S.2.