Kraliçanın son ehtirasının premyerası olacaq

 

Fevralın 24-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Yelena Poddubnayanın Yağış isə elə hey yağır əsəri əsasında hazırlanmış Kraliçanın son ehtirası tamaşasının premyerası olacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Rolları xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər Natalya Şarovskaya, Salman Bayramov, aktyorlar Murad Məmmədov, Milana Sokolenko, Aleksey Saprıkin və başqaları oynayır.

 

 

Mədəniyyət.- 2018.- 21 fevral.- S.3.