Qan yaddaşı və tariximiz rəsm əsərlərində

Fevralın 23-də Bakıdakı Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə reallaşan Şəhid şəhər adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək. 15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqənin yekun sərgisində 170-dək iştirakçının əl işləri nümayiş olunacaq.

* * *

Fevralın 24-də isə Bakı Xətai Sənət Mərkəzində Unudulmaz dərdimiz - Qarabağ adlı rəsm sərgisi açılacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Ziya İnsan Hüquqlarının Müdafiə Mərkəzi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə reallaşacaq. Sərginin təşkilatçısı Aygün İsgəndərovanın sözlərinə görə, ekspozisiyada 100-dən çox rəssamın əl işləri yer alacaq.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.2.