Məktəblilər arasında turizmin təbliği

    

   Şəki şəhər MKS-nin Xidmət və abonement şöbəsinin əməkdaşları və “Yaff İnnhotelinin əməkdaşı ölkəmizin turizm potensialının təbliği məqsədilə Şəki şəhər 10 saylı orta məktəbin 9-cu sinif şagirdləri ilə görüş keçiriblər.

   Şagirdlərə Şəkidəki tarix-mədəniyyət abidələri barədə məlumat verilib. “Turistlərin Şəkiyə gəlmə səbəbləri nədir?” sualına cavab verən məktəblilər bölgənin gəzməli-görməli yerlərinə, iqliminə, özünəməxsus yeməklərinə görə turistləri cəlb etdiyini deyiblər.

   Sinif otağında turizmlə bağlı hazırlanan sərgiyə baxış olub.

  

Mədəniyyət.- 2018.- 23 fevral.- S.5.