Turizmdə müasir marketinq strategiyaları

 

   Azərbaycan TurizmMenecment Universitetində (ATMU) Biznes idarəçiliyi fakültəsi və Marketinq kafedrasının təşkilatçılığı ilə tələbələr üçün “Turizmdə müasir marketinq strategiyaları” mövzusunda təlim keçirilib.

   Marketinq kafedrasının müdiri Anar Eminov iştirakçılara regionlarda vaxtaşırı aparılan tədqiqat və sorğuların səmərəsi barədə ətraflı məlumat verib.

   Təlimdə turizm sektorunda müştərilərin ehtiyacları və regionlarda turist axınının gücləndirilməsi istiqamətlərini təhlil edən ekspert Arzu Qafarlı satışın yüksək səviyyədə idarəedilməsi, müştəri ilə düzgün ünsiyyətdə nitq mədəniyyətinin önəmli faktor olduğunu deyib.

   Tədbirə yekun vuran Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev universitet tələbələrinin konkret mövzular üzrə maarifləndirilməsinin kadr hazırlığına töhfə verəcəyini deyib.

   Təlimdə fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.5.