Respublika Gənclər Kitabxanasında tanınmış yazıçı ilə görüş

 

   Fevralın 21-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı, AYB-nin üzvü Elxan Elatlı ilə görüş keçirilib.

   Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ilə birgə təşkil olunan tədbiri kitabxananın direktoru Tahir Sadıqov açaraq, Elxan Elatlının yaradıcılığı barədə danışıb, onun roman, hekayə və povestlərinin geniş oxucu auditoriyası olduğunu, tərbiyəvi əhəmiyyət daşıdığını vurğulayıb.

   Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov diqqətə çatdırıb ki, tədbirdə mərkəzdə kurs keçən tarix-diyarşünaslıq muzeylərinin fond mühafizə işçiləri və bir sıra rayon MKS-lərin xidmət şöbəsinin əməkdaşları iştirak edir. Bu baxımdan görüşün əhəmiyyətini vurğulayan direktor yazıçıya yeni uğurlar arzulayıb.

   Mərkəzin kitabxanasının müdiri Validə Hacıyeva yazıçının əsərləri haqqında qısa icmal verərək bildirib ki, Elxan Elatlının indiyədək 25 kitabı, o cümlədən detektiv nəsr əsərləri, şeir, riyazi məntiq kitabları işıq üzü görüb.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.5.