Çağdaş türk yazıçılarının hekayələrindən ibarət kitab

 

 

   AYBkitab” layihəsi çərçivəsində çağdaş Türkiyə yazarlarının hekayələrindən ibarət “Həyatın rəngləri” almanaxı işıq üzü görüb. Kitab Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) əməkdaşlıq müqaviləsi əsasında çap olunub.

   Yeni nəşrdə 20 türk yazıçısının əsərləri, o cümlədən Abdulla Akayın “Cinlərin rəqsi”, Zəhra Birsən Yamakın “Vətən sevgisi”, Zəhra Yücelin “Səs”, Zeynəb Sati Yaçının “Qəhvə fəsiləsi”, Osman Çeviksoyun “Günəbaxan” hekayələri yer alıb. Layihənin rəhbəri Xəyal Rza, almanaxın Azərbaycan dilinə uyğunlaşdıranı Cavid Qədir, redaktoru Şahanə Müşfiqdir.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.6.