"Unudulmayan qürur mənbəyimiz"

 

   Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq ana dili gününə həsr olunmuş tədbir keçirilib.

   Kitabxananın oxu zalının müdiri A.İsmayılova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin baş məsləhətçisi Şücaət Piriyeva, şairə Mərcan Şahbuzlu, M.Nağıyev adına Milli Dəyərlər Fondunun sədri Dilarə Nağıyeva və digər çıxış edənlər dilin hər bir millətin, xalqın varlığının mühüm amillərindən biri olduğunu vurğulayıb, Azərbaycan dilinin tarixi haqqında söz açıblar.

   Kitabxananın fəal oxucuları olan 258, 200, 178, 193 və 35 saylı orta məktəblərin şagirdləri ana dilimizə həsr edilmiş şeirlər söyləyib, C.Məmmədquluzadənin "Bizim obrazovannılar" hekayəsindən parçanı nümayiş etdirib, tar, sazkamançada milli musiqi nömrələri ifa ediblər.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.6.