Uşaqlar “Qırmızı papaq” tamaşasına baxıblar

 

 

   Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Ordubad rayon Mədəniyyət evində uşaqlar üçün “Qırmızıpapaq” tamaşasını nümayiş etdirib.

   Tamaşadan əvvəl teatrın direktoru, Xalq artisti Şirzad Abutalıbov çıxış edərək, sənət ocağının yaradıcılıq yolu haqqında qısa məlumat verib. “Qırmızıpapaq” tamaşasında bütün nağıl-tamaşalarda olduğu kimi xeyirin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Maraqlı tamaşada obrazları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova və başqaları canlandırıblar.

   Tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, səhnə tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, bəstəkarı Əli Məmmədovdur.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.7.