Cümhuriyyət tariximizmüasirlik

Fevralın 20-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident yanında Bilik Fondurayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir təşkil olunub. Tədbir çərçivəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə rayon ictimaiyyəti ilə görüşüb.

Tədbirdə Milli Məclisin deputatı Sona Əliyeva Bilik Fondunun dəstəyi ilə rayondakı Bilik evinin təşkil etdiyi müxtəlif məzmunlu maarifləndirici layihələrdən danışıb.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu qurumun Azərbaycan Xalq Cümhuriyyəti ili çərçivəsində elm və təhsil müəssisələrində, müxtəlif təşkilatlarda keçirdiyi və planlaşdırdığı tədbirlər barədə məlumat verib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında bugünkü Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb.

Sonra millət vəkili A.Mirzəzadənin Cümhuriyyət tariximizmüasirlik mövzusunda mühazirəsi dinlənilib. Deputat bildirib ki, genetik yaddaş hər nəslə azərbaycançılığı qoruyub saxlamağayeni dəyərlərlə genişləndirməyə imkan verir. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik potensialının göstəricisi idi. Tarixi səbəblərdən süquta uğrayan respublika 1991-ci ildə yenidən tarix səhnəsinə qayıtdı.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.15.