Mədəni əlaqələr ölkələrimizin daha sıx əməkdaşlığına vəsilədir

 

   Fevralın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

   Nazir qonaqları salamlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyiİran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə 23-27 fevral tarixində Bakıda keçirilən İran kinosu günlərinin əhəmiyyətindən söz açdı. Bildirdi ki, kino günləri çərçivəsində baş tutan bu səfər iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcək.

   Əbülfəs Qarayev 2017-ci ilin dekabrında Koreya Respublikasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycanın və İranın birgə təqdimatı ilə kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənətinin təşkilatın Qeyri-maddi mədəni irs siyahısına salındığını qeyd edərək bu münasibətlə qonağı təbrik etdi. Vurğuladı ki, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri tarixi dostluğa dayanır: “Ölkələrimizin rəhbərləri son illər çoxsaylı görüşlər keçiriblər, bizbu münasibətlərə öz töhfəmizi verməli, əməkdaşlıq sahəsində daha səmərəli fəaliyyət göstərməliyik”.

   Daha sonra nazir ötən ilin iyununda İranda Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə təşkilinə görə nümayəndə heyətinin rəhbərinə təşəkkürünü bildirdi. Diqqətə çatdırıldı ki, Azərbaycan mədəniyyəti günləri iki ölkə arasında mədəni əlaqələrin daha da sıx inkişafına təkan verdi. İranda keçirilən görüşləri xatırladan Əbülfəs Qarayev bu kimi tədbirlərin ikitərəfli əlaqələrin daha da inkişafına vəsilə olacağını dedi.

   İran kino mütəxəssisləri ilə birgə layihələrdən, ötən ay İranda təşkil edilən Fəcr festivalında Azərbaycan teatrının uğurlu iştirakından söz açan nazir mədəniyyətin digər sahələrində də əməkdaşlığın perspektivlərini diqqətə çatdırdı.

   Qeyd edildi ki, son illərdə İran və Azərbaycan arasında turist səfərlərinin sayının artması da bu sahədə yaxşı əlaqələrimizin nəticəsidir. Azərbaycan dövləti tərəfindən turizm sahəsində həyata keçirilən islahatlar, turistlərin gəliş-gedişini asanlaşdıran qanunvericilik bazası bu prosesin daha da güclənməsinə təsir edir.

   Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunda İran İslam Respublikasının yaxından iştirak etdiyini vurğulayan nazir qonşu ölkənin nümayəndə heyətini 2018-ci ilin oktyabr ayında Bakıda keçiriləcək növbəti Beynəlxalq Humanitar Forumda da iştiraka dəvət etdi.

   İran nümayəndə heyətinin rəhbəri Abuzər İbrahimi Türkaman səmimi qəbula görə nazirə təşəkkürünü ifadə edərək Azərbaycanın İran üçün dostqardaş ölkə olduğunu bildirdi.

   Səfəri çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə səmimi görüşündən razılığını ifadə edən qonaq vurğuladı ki, iki ölkə mədəni, tarixidini baxımdan bir-birinə sıx bağlıdır: “Azərbaycan və İran arasında bütün sahələrdə çox yaxşı münasibətlər variki ölkə prezidentlərinin rəhbərliyi ilə bu əlaqələr daha da inkişaf etməkdədir. Ötən il Azərbaycan mədəniyyəti günləri Tehran, İsfahan və Ərdəbil şəhərlərində çox yüksək səviyyədə keçirildi. İndi isə Bakıda İran kinosu günləri təşkil olunur. Biz mədəni sahədə əlaqələrin möhkəmlənməsində maraqlıyıq. Çünki mədəni yaxınlıq ölkələr arasında ictimai-siyasi vəziyyətə hər zaman müsbət təsir göstərir”.

   İki ölkə arasında əlaqələrin inkişafında fəal iştirakına görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirən Abuzər İbrahimi Türkaman mədəniyyət və turizm sahələrində bundan sonra da əməkdaşlığın güclənəcəyinə əminliyini vurğuladı.

   Görüş iki ölkə arasında mədəniyyət, turizm və mətbuat sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi ilə davam etdi.

   Sonda qarşılıqlı hədiyyələr təqdim edildi.

  

   L.Azəri

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.4.