Bu dərd unudulmayacaq...

 

   Sumqayıt Şəhərinin Tarixi Muzeyində YAP Sumqayıt şəhər təşkilatının Qadınlar şurası ilə birgə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxışlardan sonraDostluq” mədəniyyət evinin bədii qiraətçilərinin ifasında şeirlər dinlənilib.

   Sumqayıtdakı S.Vurğun adına Mərkəzi kitabxana, Sumqayıt Dövlət Rəsm Qalereyası, F.Əmirov və Q.Qarayev adına uşaq musiqi məktəbləri, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi Şuşa şəhər Niyazi adına və Bülbülcan adına uşaq incəsənət məktəbləri, Xızı rayon Heydər Əliyev Mərkəzi, Qubadlı rayon Mədəniyyət evi, Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbi, Şuşa və Zəngilan rayon mərkəzi kitabxanaları da Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriblər.

   * * *

   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Yevlax, Mingəçevir şəhər, Bərdə və Tərtər rayonu üzrə mədəniyyət müəssisələrində - Bərdə rayon Mədəniyyət mərkəzi, Tərtərdəki Tarix-diyarşünaslıq muzeyində, rayon MKS-nin Mərkəzi kitabxanasında, Yevlax şəhər Mədəniyyət mərkəzində, uşaq musiqi məktəblərində də soyqırımı ilə bağlı tədbirlər təşkil edilib.

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.6.