“Şəhid şəhər” rəsm müsabiqəsinə yekun vurulub

 

   Fevralın 23-də Xətai Sənət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Şəhid şəhər” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

   Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

   Tədbirdə Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov və Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıblar.

   Bildirilib ki, müsabiqədə respublikanın müxtəlif bölgələrindən 15 yaşadək uşaqlar iştirak edib. Sərgi üçün seçilən işlərdə mövzudüzgün kompozisiyaya üstünlük verilib. Qeyd edilib ki, müsabiqənin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımızı uşaqların sənət təxəyyülündə əks etdirməkdir.

   Müsabiqəyə 400-dən çox uşaq qatılıb. Yekun sərgidə 170 uşağın əl işləri yer alıb.

   Sonda qaliblər diplom və təşəkkürnamə ilə təltif olunublar.

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.8.