Meyvələrin bəhsi - mədəni irsin vəsfi

 

Regionlarda keçirilən rəngarəng festival bayramlar turizmi təşviq edir

Hər il Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı iştirakı ilə regionların adət-ənənələrinin, mədəni iqtisadi imkanlarının nümayişi turizmin təşviqi məqsədilə müxtəlif festivallar keçirilir. Bu festivallar yerli xarici turistlərin marağına səbəb olmaqla yanaşı, ölkəmizin mədəni zənginliyinin milli kulinariya nümunələrinin təbliği baxımından əhəmiyyət kəsb edir.

* * *

2017-ci ilin noyabrında Mədəniyyət Turizm Nazirliyi Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçayda reallaşan XII Nar festivalına diplomatik korpusun nümayəndələri, yerli xarici turistlər qatılmışdı. Ənənəvi festivalda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin malları ilə bərabər, nardan hazırlanan maraqlı əl işləri, milli musiqi folklor nümunələri nümayiş olunur, nar ilə bağlı müsabiqələr oyunlar keçirilir.

* * *

Ötən ilin noyabrında Balakən rayonunda ilk dəfə təşkil olunan Xurma festivalı da maraqla qarşılanıb. Festival çərçivəsində ölkəmizdə yaşayan azsaylı xalqların folklor kollektivlərinin çıxışları, rayonun adət-ənənələrini əks etdirən mədəniyyət nümunələrinin sərgiləri maraqlı konsert proqramı təqdim edilib. Festivalda yerli xarici qonaqlar üçün xurmadan hazırlanmış kulinariya məhsulları kompozisiyaları, kənd təsərrüfatı məhsullarının sərgiləri təşkil olunub.

* * *

Azərbaycanın əsas turizm mərkəzlərindən sayılan Qəbələdə keçirilən beynəlxalq tədbirlər bölgənin turizm imkanlarını geniş şəkildə nümayiş etdirir. Ötən ilin avqustunda Mədəniyyət Turizm Nazirliyinin dəstəyi rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən V Beynəlxalq Mürəbbə Festivalı da bu qəbildən idi. Festivala 20-dək ölkədən iştirakçılar, eləcə ölkəmizin 30-dan çox bölgəsindən mürəbbə istehsalçıları qatılmışdı.

* * *

Gəncə şəhərində ötən ilin dekabrında keçirilən IV Beynəlxalq Şərab Festivalı da böyük marağa səbəb olub. Festivalda ölkəmizin müxtəlif şəhər rayonlarındakı şərab istehsalı müəssisələri ilə yanaşı, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Fransa, İtaliya, Bolqarıstandan qonaqlar da iştirak ediblər. Ənənəvi festival Azərbaycanda şərab istehsalı müəssisələrinə öz məhsullarını nümayiş etdirmək üçün geniş imkanlar yaradır.

* * *

Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət istirahət parkında oktyabrda təşkil olunan V Alma bayramı I Xalça festivalı da ötən ilin yaddaqalan tədbirlərindən olub. Alma festivalında 30-dan çox ölkədən nümayəndələr iştirak edib. Tədbir çərçivəsində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar içkilər nümayiş etdirilib. Qonaqlara ölkəmizin şimal regionunda yaşayan azsaylı xalqların mətbəxlərini həyat tərzini əks etdirən stendlər təqdim olunub.

Festival iştirakçılarına Azərbaycan xalçaları və onların toxunma prosesi nümayiş etdirilib. Azərbaycan xalçalarının zənginliyi qonaqların marağına səbəb olub.

* * *

Sadalanan tədbirlər bir daha göstərir ki, Azərbaycan regionlarının turistik özəlliklərini, mədəni zənginliyini tanıtmaq üçün geniş imkanlar mövcuddur. Bu cür layihələr hər zaman turistlərin də diqqətini cəlb edir, ölkəmizə böyük maraq yaradır.

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.9.