Gənc istedadlar beynəlxalq yay festivalında iştirak ediblər

 

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin 20 illiyinə həsr olunmuş gənc istedadların beynəlxalqBurabay Yay Festivalı” (“Burabay Summer Fest”) keçirilib.

2 iyun – 3 iyul tarixlərində keçirilən festivalda Qazaxıstan, Azərbaycan, Türkiyə, Rusiya, Çin, Belarus, Özbəkistan Qırğızıstandan 300-dən çox gənc istedad iştirak edib.

Festivalda ölkəmizi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərirespublika beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (fortepiano), Zakir Allahverdiyev (qoboy) Fizzə Vəlizadə (kamança) təmsil edib.

Festival günlərində əyləncəli-maarifləndirici tədbirlər, ustad dərsləri, ekskursiyalar, birgə konsertlər təşkil olunub. Təmsilçilərimiz festivalda konsert proqramı ilə çıxış ediblər.

Festivalın yekunu olaraq Astana şəhərindəki 3500 yerlikQazaxıstanMərkəzi konsert zalında qala-konsert keçirilib. Gənc pianoçu Nərgiz Əliyeva qala-konsertdə müxtəlif ölkələrin nümayəndələrinin birləşmiş ansambllarının tərkibində çıxış edib. Tədbirin yekununda Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi tərəfindən ölkəmizin nümayəndələrinə təşəkkür məktubu, diplom və xatirə hədiyyələri təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 3.