Astarada aşıq yubileyi

 

Azərbaycan Aşıqlar Birliyinin və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ustad aşıq Elxan Astaralının 60 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Rayon Mədəniyyət mərkəzində keçirilən tədbirdə yubilyar aşığın həyat və sənət yolu barədə söz açılıb, təbriklər səslənib, təltiflər təqdim olunub.

Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, fəlsəfə doktoru Mehman Qaraxanoğlu, şair Aqil Yaqub, ustad aşıq Məhəmməd Şirvanlı və Altay Məmmədli, aşıq Elxana ustad dərsi verən görkəmli sənətkar, aşıq Pənah Pənahovun oğlu Taleh Pənahoğlu çıxış edərək yubilyarı təbrik ediblər.

Tədbirin sonunda Elxan Astaralının rəhbərlik etdiyi “Sindan qalası” ansamblının konserti olub.

Yubileydə Azərbaycan Aşıqlar Birliyinin üzvləri də fəal iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 9.