Cümhuriyyətin yubileyi münasibətilə İstanbulda konsert

 

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan konsert təşkil edilib.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən təşkil olunan konsertdə əvvəlcə iki ölkənin himnləri səsləndirilib.

Tədbirdə çıxış edən yazıçı-publisist Mətin Yıldırım 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını qardaş ölkələrimizin tarixində mühüm hadisə kimi dəyərləndirib. Vurğulanıb ki, Nuru paşanın komandanlığı ilə Azərbaycanın köməyinə çatan Qafqaz İslam Ordusu xalqlarımızın gələcəyinə qəhrəmanlıq salnaməsi yazıb.

İSTAD-ın sədri Səfər Qaraqoyunlu çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, XX əsrin sonunda müstəqilliyimizin bərpası, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunmasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin УBir millət, iki dövlətФ kəlamı həyatımızın bütün sahələrində özünü əks etdirir. İyunun 26-da Azərbaycan Ordusunun 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi parad günü Türkiyə hərbi təyyarələrinin Azərbaycan paytaxtında nümunəvi uçuşları ölkələrimizin daim bir-birinin yanında olmasının göstəricisidir.

Çıxışlardan sonra İSTAD-ın xorunun ifasında Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən musiqilər səsləndirilib. Kollektivin bədii rəhbəri və dirijoru Tekin Böyükkayadır.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 24.