QubadaDostluq körpüsü” festivalı

 

Festival iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

 

İyulun 10-da Quba şəhərindəki “Yaşıl teatrdaDostluq körpüsü” adlı Uşaqların və Gənclərin III Beynəlxalq Folklor-Rəqs Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.

Konsertdən öncə Azərbaycan, Rusiya (ÇeçenistanŞimali Osetiya-Alaniya respublikaları), İran, Gürcüstan və Qırğızıstandan olan festival iştirakçıları ilə İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara rayon haqqında ətraflı məlumat verilib və xatirə hədiyyələri təqdim edilib.

Görüşdən sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən qonaqlar 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Festivala üçü Azərbaycandan olmaqla ümumilikdə 17 folklor və rəqs qrupu qatılıb.

Dostluq körpüsü” festivalının növbəti təqdimatı iyulun 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 4.