Kvebek Milli Kitabxanası Arxivinin direktoru Milli Kitabxanada

 

İyulun 9-da Kanadanın Kvebek Milli Kitabxanası Arxivinin baş direktoru Jan-Luis Roy M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.

Qonaq rəhbəri olduğu kitabxana haqqında ətraflı məlumat verib, Milli Kitabxananın fəaliyyəti ilə maraqlanıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonağı maraqlandıran sualları cavablandırıb gələcəkdə Kvebek Milli Kitabxanası Arxivi ilə əməkdaşlığın yaranmasına ümid etdiyini bildirib.

Jan-Luis Roy müəllifi olduğu iki kitabı K.Tahirova təqdim edib. Bu kitabların Milli Kitabxananın fondunda Kanadadan hədiyyə edilən ilk nəşrlər olduğunu vurğulayan K.Tahirov öz növbəsində kanadalı həmkarınaAzərbaycan Milli Kitabxanasıfotoalbomunu (Azərbaycan, ingilis rus dillərində) təqdim edib.

Qonaq oxuculara xidmət proseslərinin avtomatlaşdırılmasından kitab fondlarında qiymətli kitabların mühafizəsi üçün yaradılan şəraitdən xüsusilə razı qaldıqlarını bildirib, həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərənAçıq kitabxanailə maraqla tanış olub.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 5.