Soyqırımı: 100 il sənədli filminin təqdimatı

 

Azərkitab kitab təbliğatı mərkəzinin konfrans salonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyinin (İB) ekranlaşdırdığı Soyqırımı: 100 il sənədli filminin təqdimatı keçirilib.

İB-nin sədri Büllur Məmmədova layihə barədə məlumat verib. Bildirib ki, film 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının 100-cü ildönümünə həsr edilib.

Sənədli filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov vurğulayıb ki, təqdim olunan ekran əsərində arxiv sənədlərindən, Fövqəladə İstintaq Komissiyasına ifadələr vermiş 1918-ci ilin mart-aprel hadisələrinin canlı şahidlərinin sözlərindən istifadə olunub.

 

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 7.