Özünü dünyaya göstər”

 

İtaliyada keçirilən festivalda təmsilçilərimizin uğuru

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbinin estrada oxuma ixtisası üzrə şagirdi Nigar Seyidova (müəllim Solmaz Qasımova) və Bibiheybət Mədəniyyət evinin üzvü Uğur Məmmədli (rəhbər Xanım Məmmədova) İtaliyanın Rimini şəhərində keçirilən “Özünü dünyaya göstər” (“Fatti vedere in tutto le mondo”) adlı Beynəlxalq incəsənət festivalında iştirak edib. Hər iki iştirakçı festivalda I yerə layiq görülüb.

Bu yaxınlarda keçirilmişTestene Art Baku” festival-müsabiqəsinin Qran-pri mükafatçısı olmuş Rza Xosrovzadə (vokal) bu festivala fəxri qonaq kimi dəvət olunub və müsabiqənin sədri Viktor Pelenyaqrenin onun üçün yazdığı yeni mahnını ifa edib. Həmçinin Verona şəhərində keçirilən V.Pelenyaqrenin yaradıcılıq gecəsində Nigar SeyidovaRza Xosrovzadə onun mahnılarını ifa ediblər.

Beynəlxalq festivalı qala-konsertində Uğur Məmmədli, Nigar SeyidovaRza Xosrovzadə məharətlə çıxış ediblər. Festivala İtaliya, Rusiya, Qazaxıstan və başqa ölkələrdən iştirakçılar qatılıb.

Festivalın münsiflər heyətinin qərarı ilə C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbinə kubok təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 13 iyul.- S. 4.