Qara Qarayevin musiqisi Karmel Klavir 2018 müsabiqəsində

 

ABŞ-ın İndiana ştatının Karmel şəhərində Gənc pianoçuların beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqə Musiqi aləminə sehrli səyahət uşaq fortepiano kitabının müəllifi, tanınmış pedaqoq İrina Qorin Liz Zeydelin təşəbbüsü ilə şəhərin Palladium incəsənət mərkəzində təşkil olunub.

Bu il 5 illiyini qeyd edən yarışma müxtəlif ölkələrdən 200 gənc musiqiçini bir araya gətirib. Solo, ansambl ifası, konsert ifası müasir musiqi kateqoriyalarında keçirilən müsabiqədə Avropa, Asiya, Latın Amerikası ABŞ-dan gəlmiş ifaçılar öz məharətlərini nümayiş etdiriblər.

Karmel Klavir bu ildən Azərbaycan-Amerika Musiqi Fondu ilə əməkdaşlıq edir. İrina Qorinin rəhbəri olduğu təşkilat komitəsi dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin fortepiano üçün əsərlərini müsabiqənin proqramına salmağı təklif edib. Azərbaycan-Amerika Musiqi Fondu təklifi məmnuniyyətlə qəbul edib.

Təşkilat komitəsinin iclasında Qara Qarayevin fortepiano üçün seçilmiş əsərlərinin Amerika nəşrini təqdim etmək qərara alınıb. İfaçılıq sənəti doktoru Cəmilə Cavadova-Spitsberq tərəfindən hazırlanan nəşrin baş redaktoru bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırovadır.

Qara Qarayevin 100 illik yubileyi bu il ölkəmizdə xaricdə müxtəlif tədbirlərlə qeyd olunur. Bu baxımdan bəstəkarın fortepiano üçün əsərlərinin müsabiqənin proqramına daxil edilməsi xüsusilə əlamətdardır. Bu münasibətlə xüsusi mükafat təsis edilib bəstəkarın qızının imzası ilə ifa sənətində yüksək uğurlara görə Qarayev-Karmel Klavir 2018 sertifikatı hazırlanıb. Mükafatların sponsorları Azərbaycan Mədəniyyət Nazirliyi Azərbaycan-Amerika Musiqi Fondudur.

Yeddi ifaçı Minerva Tsao (9 yaş), İsaak Tsyan (10 yaş), Ceyson Yanq (11 yaş), Mayk Yanq (12 yaş), Şan Makdonald (13 yaş), Mira Tszyan Uliyam Templ (15 yaş) Qara Qarayevin əsərlərinin ən yaxşı ifası uğrunda yarışıblar. Münsiflər heyətinə Piter Takaç, Pavel Çeçinski, Patrik Lexner, Çen Vay, Avriam Reyhert digər tanınmış pianoçu pedaqoqlar daxil olub.

İştirakçıların hər birinə Qarayev-Karmel Klavir 2018 sertifikatı təqdim edilib. Birinci mükafatın sahibi Unudulmuş valsı ifa edən İsaak Tsyan olub. İkinciüçüncü yerlərə Şan MakdonaldMinerva Tsao layiq görülüblər. Onların ifasında Polka və Şən oyun əsərləri səslənib. Müsabiqənin digər dörd iştirakçısına fəxri fərman və hədiyyələr təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 10.