Özbəkistanda azərbaycanlı şairlərlə görüş

 

 Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan şairləri Səlim Babullaoğlu və Əjdər Ol ilə görüş keçirilib.

Görüşdə çıxış edən şairlər iki qardaş xalq arasında qədim köklərə malik mədəniyyət, ədəbiyyat əlaqələrinin bu gün daha da inkişaf etdiyini bildiriblər.

Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının davamı olan müasir şair və yazıçılarımızın, ədəbiyyatşünaslarımızın sıx əməkdaşlığının gələcək nəsillər üçün də örnək olacağı vurğulanıb.

Hər iki şair öz şeirlərini oxuyub və kitablarını kitabxananın fonduna təqdim ediblər.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 15.