Bilik Fondu Şimali Kiprdə təhsil forumunda təmsil olunub

 

Şimali Kiprdə keçirilən “Təhsildə beynəlxalq liderlər” forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu da iştirak edib.

Bilik Fondundan bildirilib ki, tədbirdə C.MusaoğluMaarifçilik ənənələri tərəqqinin təməli kimimövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın təhsil sahəsindəki uğurlarından söz açıb, gənclərin biliklənməsi, maariflənməsi istiqamətində hökumətin və ictimaiyyətin gördüyü işlərdən danışıb. Qeyd edib ki, bu istiqamətdə Bilik Fondu ölkənin Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Maarifləndirici tədbirlərin bir çoxu ali, orta-ixtisasorta məktəblərdə təşkil olunur. Tələbə və şagirdlər beynəlxalq elmi konfranslara, mühazirə və təlimlərə qatılırlar, şəhər və rayonların təcrübəli və qabaqcıl təhsil işçiləri isə Bilik Fondunun yerli nümayəndələri qismində fəaliyyət göstərirlər.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 15.