Vətənpərvərlik mahnıları festivalına yekun vurulub

 

İyulun 11-də Naxçıvan şəhərinin 2018-ci il üçün Gənclər paytaxtı seçilməsi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr olunan Hünər XII vətənpərvərlik mahnıları festivalının final konserti və qaliblərin mükafatlandırılması mərasimi olub.

Tədbirdə festivalın final mərhələsinə vəsiqə qazanan iştirakçıların ifaları dinlənilib. Muxtar respublikanın şəhər və rayonlarından olan 18-29 yaşlı gənclər solomusiqi aləti ilə xalqestrada mahnıları ifa ediblər. İfalar festivalın münsiflər heyətinin üzvləri Azərbaycanın xalq artistləri Mübariz Tağıyev, Eldar Mansurov və Əməkdar incəsənət xadimi Baba Vəziroğlu tərəfindən qiymətləndirilib.

Mükafatlandırma mərasimindən əvvəl çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov, Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış ediblər.

Vurğulanıb ki, festivalın keçirilməsi vətənpərvərlik ruhlu xalq və bəstəkar mahnılarının təbliğ edilməsi, bu sahədə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və vətənpərvərlik hislərinin yüksəldilməsi işində mühüm əhəmiyyətə malikdir.

Sonra ilk üç yeri tutmuş iştirakçılara diplomlarmükafatlar təqdim olunub. Fərqlənən digər iştirakçılara diplomlar və xatirə hədiyyələri verilib.

 

Mədəniyyət.- 2018.- 13 iyul.- S. 9.