Tanınmış alim haqqında biblioqrafik göstərici

 

“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun həyatı və elmi yaradıcılığına həsr olunmuşMuxtar Kazım oğlu İmanov. Biblioqrafik göstərici” kitabı işıq üzü görüb.

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan kitabın tərtibçisi Folklor İnstitutunun böyük elmi işçisi Nailə Əsgər, elmi redaktoru Kəmalə Məmmədovadır.

Biblioqrafik göstərici 1972-2018-ci illəri əhatə edir. Nəşrdə alimin həyatı və elmi fəaliyyətinin əsas tarixləri, əsərlərinin biblioqrafiyası – kitab, məqalə və məruzələri, bədii tərcümələri, müsahibələri, tərtib etdiyi və nəşrə hazırladığı kitablar, həmçinin alim haqqında dərc olunmuş yazılar və s. əhatə olunub.

 

Mədəniyyət.- 2018.- 13 iyul.- S. 15.