Kitabxanalar arasında əməkdaşlıq

 

İyulun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin mütəxəssisləri ADA Universiteti kitabxanasının iş təcrübəsi ilə tanış olublar.

Kitabxananın direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov həmkarlarına öz fəaliyyətləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, ADA Universitetinin kitabxanası müasir texnologiyalar infrastrukturuna malikdir. Kitabxana ABŞ-ın Konqres Kitabxanası Amerika Kitabxana Assosiasiyasının standartları bazasında fəaliyyət göstərir. Burada  bütün informasiya proseslərinin avtomatlaşdırılması inteqrasiyasını dəstəkləyən “Millennium” Kitabxana Menecment Sistemi tətbiq edilir.  

Hazırda kitabxananın əsas fondunu ingilis, Azərbaycan, rus s. dillərdə olan 44 min nüsxədən çox resurslar təşkil edir. Oxucular 500 mindən çox elektron kitabdan, müxtəlif tammətnli elmi dövri mətbuat bazalarından istifadə edir. Kitabxanada istifadəçilərin ixtiyarında 40 kompüter var. ADA kitabxanası dərs sessiyaları zamanı həftədə 68 saat, yay tətilləri zamanı isə həftədə 45 saat açıqdır.

Görüş zamanı ADA Universiteti kitabxanası Yasamal rayon MKS arasında kitab mübadiləsi əməkdaşlıq haqqında ilkin razılıq əldə edilib. MKS-nin kitabxanaçıları ADA Universiteti kitabxanasının toplu kataloqundan istifadə edə biləcəklər.

 

Mədəniyyət.- 2018.- 18 iyul.- S. 9.