Azar, sevgi və təbiət rəsm əsərlərində

 

“YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında sərgi açılıb

 

“YARAT” Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə “YARAT”ın rezidentləri Ozan Atalan (Türkiyə), İlkin HüseynovEhtiram Jabinin (Azərbaycan) əsərlərindən ibarət “Azar. Sevgi. Təbiət” adlı sərgi açılıb.

“Artım” layihə məkanında nümayiş olunan əsərlər rəssamların süniliyə göstərdiyi maraqla bağlıdır. Əgər toy mərasimini “biznes” nöqteyi-nəzərindən təhlil etsək, bu, kənardan necə görünər? Geniş vüsət alan urbanizasiya və landşaftların rəqəmsallaşdırılması bizim təbiətlə bağlı qavrayışımıza necə təsir göstərir? Kollektiv dinamikaya cəlb edilən şəxs, kollektivin və şəxsi arasında fərq qoya bilərmi? “YARAT” rezidentləri bu dəfə bizim “həqiqi” və “sünikimi qəbul etdiyimiz bir çox anlayışların, habelə, bütövlükdə ikili (binar) ayrılığın sevgi, xəstəlik və təbiət mövzuları vasitəsilə məqsədəuyğunluğunu araşdırır.

İlkin HüseynovunToyxana” adlı əsəri Azərbaycan mədəniyyəti və ənənələrinin ən populyar mövzusu olan toyu multimedia layihəsində əks etdirib. Rəssam ənənəvi mərasimin bu gün öz əndazəsindən çıxaraq ifrat dərəcədə israfçılığın yer aldığı tədbirə, son dərəcə təmtəraqlı bir şouya çevrilməsini, nəticədə isə ailələri külli miqdarda ziyana, borca salmasını araşdırır. Əsərdə şadlıq evlərinin arxitekturası, bahalı maşınlar, geyimlər və s. kimi toy aksesuarlarını əks etdirən fotoşəkillər, toy statistikasının rəqəmləri və qida qalıqlarından ibarət instalyasiya daxildir.

Ehtiram JabininKoma” adlı əsərlər silsiləsi komatoz halın fərdi vəziyyətdən kollektiv vəziyyətlərə qədər metaforik durumunu araşdırır. Fotoşəkillərdə əks olunan obyektlər və situasiyalar gündəlik həyatdan götürülsə də, rəssam onları fərdiləşdirir və melanxolik, “letargikqrup mexanizmlərini sərgiləyən güc obyektlərinə çevirir.

Ozan Atalanın “Hiss olunan reallıq” adlı instalyasiyası sürətlə dəyişən dünyamızda informasiya yükünün dərk edilməsi ilə bağlı nəzəriyyələri sual altına qoyur. “Çağdaş dünya həm insan transformasiyalarına, həm də təbii transformasiyalara məruz qalır. Azərbaycanın tarixini və coğrafiyasını, Bakıda baş verən şəhər dəyişikliklərini nəzərə alaraq, mənim əsərlərim təbiətə hörmət prinsipinə söykənən mədəniyyətin formalaşmasının mümkünlüyünü təklif edir”, - deyə müəllif bildirir.

Sərgi avqustun 12-dək ziyarətçilər üçün açıq olacaq.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 8.