Dostluq körpüsü” folklor-rəqs festivalı başa çatıb

 

Xəbər verdiyimiz kimi, ölkəmizdə “Dostluq körpüsü” adlı Beynəlxalq folklor-rəqs festivalı keçirilib. Təhsil Nazirliyinin dəstəyi, müvafiq qurumların iştirakı ilə artıq üçüncü dəfə təşkil olunan festivala Quba şəhərində start verilmişdi. Şəhərdəki “Yaşıl teatrdaDostluq körpüsünün geniş konsert proqramı gerçəkləşmişdi.

Festivalda Azərbaycan, Rusiya (ÇeçenistanŞimali Osetiya-Alaniya respublikaları), İran, Gürcüstan və Qırğızıstan nümayəndələri iştirak ediblər.

Layihəyə üçü Azərbaycandan olmaqla, 17 folklor və rəqs qrupu qatılıb.

Dostluq körpüsü” festivalına Mərdəkan Mədəniyyət sarayında qala-konsertlə yekun vurulub. Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə keçirilib.

İdarədən bildirilib ki, festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.

Qala-konsert zamanı Şimali Osetiyanı təmsil edən “Sarmat”, ÇeçenistandanZamankho”, Azərbaycanı təmsil edən “Azad” və “Lalələr” rəqs qrupları çıxış ediblər.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 8.