Səyyar kitabxana xidməti

 

Quba rayon MKS-nin Mərkəzi kitabxanası tərəfindən rayon ərazisindəki “Çeşmə” istirahət məkanında səyyar kitabxana xidməti təşkil edilib.

Sərgidə 25 adda 70-dən artıq Azərbaycan və xarici ölkə ədəbiyyatından seçmələr nümayiş olunub. Səyyar xidmət zamanı kitabxanaya 11 yeni oxucu abunə olub. Sonda kitabxananın fondundan xeyli sayda ədəbiyyat istirahət məkanının kitabxanasına hədiyyə edilib.

Mərkəzi kitabxana tərəfindən yay mövsümü boyu digər istirahət mərkəzlərində də bu kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 9.