Fırça ustasının 110 illiyi münasibətilə monoqrafiya çap olunub

 

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyevanın “Şamil Qazıyevin həyat və yaradıcılığı” monoqrafiyası işıq üzü görüb.

Ömrünün 50 ilini təsviri sənətə və teatr sahəsinə həsr edən görkəmli rəssam, Əməkdar incəsənət xadimi Şamil Qazıyevin (1908-1980) 110 illiyi münasibətilə hazırlanan nəşrin məsləhətçisi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.

Monoqrafiyada fırça ustasının ömür yolu və yaradıcılığı çoxsaylı arxiv sənədləri və tədqiqatçıların fikirləri əsasında araşdırılıb.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 15.