Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransı sona çatıb

 

İyulun 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İnternational Society for Music Education Ц İSME) 33-cü Dünya konfransının bağlanış mərasimi olub.

Tədbirdə Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higgins və konfransın sədri, Türkiyədəki Abant İzzet Baysal Universitetinin professoru Uğur Alpaqut çıxış edərək beş gün (16-20 iyul) davam edən konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına və Azərbaycan Milli Konservatoriyasına təşəkkürlərini bildiriblər.

Qeyd edilib ki, İSME-nin konfransı iki ildən bir keçirilir. Bakı konfransında musiqi təhsili üzrə 52 ölkədən 700-dək mütəxəssis iştirak edib. Konfrans çərçivəsində müxtəlif tədbirlər Ц ustad dərsləri, mühazirələr, təqdimatlar və görüşlər keçirilib. Müxtəlif ölkələrdən olan artistlərin iştirakı ilə konsertlər təşkil edilib.

İSME-nin yeni seçilmiş rəhbəri, finlandiyalı Susan Oneill Azərbaycanda olmağından və ölkəsinin 2020-ci ildə növbəti konfransa ev sahibliyi edəcəyindən məmnunluğunu ifadə edib.

Tədbir Finlandiyadan olan qonaqların ifasında musiqi nömrələrinin səslənməsi ilə yekunlaşıb.

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 10.