Musiqi ruhun qidasıdır

 

Deyirlər ki, hər bir insanın öz mahnısı var. Qədim Afrika qəbilələrində uşaq dünyaya gələndə onun qulağına öz mahnısını oxuyardılar. Sonra o uşaq böyüdüyü müddətdə qəbiləsinə xas olmayan hərəkətə yol verərdisə, həmin an onun qulağına oxunan mahnını çalarbununla da uşağı yoluna qayıtmış hesab edərdilər...

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İSME) 16-20 iyul tarixində Bakıda keçirilən 33-cü Dünya konfransı panel iclaslarla yanaşı, maraqlı musiqi terapiyası məşğələsi ilə də yadda qaldı. Məşğələ Türkiyədə yaşayan həmyerlimiz, sənətşünaslıq doktoru, musiqişünas Züleyxa Abdullayeva tərəfindən aparıldı.

 

Ruh halımızdan xəbərdarıqmı?

 

Züleyxa xanım bildirir ki, insan sadəcə fiziki baxımdan mövcud deyil. İnsan üç hissədən ibarət bir varlıqdır. Fiziki bədənimiz, hansı ki, biz onu tibbi yolla müalicə edərək sağalırıq, ikinci hissəmiz duyğumuzdur, üçüncü zehnimiz: “Biz zehnimiz vasitəsilə həyatımızı idarə edirik. Ruhumuzdan isə xəbərimiz yoxdur. Biz onu heç vaxt düşünmürük. Sabah oyanaq, işimizi məsuliyyətlə yerinə yetirək və s. kimi fikirlərlə yaşayırıq. Bütün bu işləri mükəmməl həyata keçirsək belə, sanki nə isə çatışmır. Bu çatmayan ruhumuzla təmasda olmamağımızdır. Belə bir Misir hekayəti var. Misir piramidaları tikilən zaman qullar oturub dincəlirmişlər. Nəzarətçi nədən oturdunuz deyə onlara qamçı vurur. Qullar deyir: “Bizim bədənimiz burada olsa da, ruhumuz hələ gəlməyib”. Bu məsələ bu gün də aktualdır. Təsəvvür edin ki, təyyarə ilə öz ölkənizdən başqa bir ölkəyə gedirsiniz. Fikirləriniz, duyğularınız hələ də öz vətəninizdədir. Bu gün insanlar fiziki bədənləri ilə ruhi halları arasında bağlantını pozduqları üçün böyük gərginlik yaşayırlar. Burada bizə kömək edən vasitələrdən biri və ən əsası musiqidir. Musiqi titrəyişdir, dalğadır. İnsan tibbi cəhətdən tam sağlam olsa belə, onun ruh halında nə isə əskiklik varsa, özünü yaxşı hiss etməyəcək”.

Qeyd olundu ki, musiqi terapiyasında müsbət nəticələr əldə etmək üçün istifadə olunan üsullar mahnı söyləmək, dinləmək anidən yaranan səs titrəyişlərinin tətbiqidir. Seans müddətində tətbiq edilən musiqi kompozisiyası xəstəyə qorxuneqativ duyğulardan qurtulmaqda yardımçı olur. Xüsusilə Daun sindromlu uşaqlarda musiqi terapiyası onların digərləri ilə ünsiyyət quramasına və öyrənmə bacarıqlarının ortaya çıxmasına kömək edə bilir.

Mütəxəssisin fikrincə, hər birimizin içində müqəddəs zərrəciklər var. Bu zərrəcik bəlli zamanlarda içimizdəki enerjinin titrəyişi ilə birləşib maddiləşir və səsə, yəni eşidə bilinəcək hala dönür. Musiqinin müalicə qüvvəsi insanların gündəlik həyat tərzində ehtiyac duyulan, arzu edilən, xoş bir dinclik təsiri bağışlayan amildir. Əsəb, qorxu, depressiya kimi neqativ hallardan arınmağa xidmət edən musiqi terapiyası əhvalı dəyişərək insanlarda müsbət aura yaradan bir müalicə üsuludur. Təbii ki, insan hər konsertdən müalicə ala bilməz. İnsanın bədəni titrəyişlərdən ibarətdir və hər kəsin özünəməxsus musiqisi var.

Məşğələ zamanı Züleyxa xanım hər kəsin qəlbinin musiqisini ifa etməklə zala toplaşanlara daxili bir hüzur bəxş edə bildi. Yaşananlar, dünəndə qalanlar, mənəviyyat, günahlar, sabah, əbədiyyət və ən əsası insanın özünün özünə hesabatı... İfa edilən musiqi insanı mənən təmizləyir və özü ilə baş-başa qalmasına yardımçı olur.

Seans bitdikdən sonra iştirakçılar öz fikirlərini bildirdilər. Səsləndirilən musiqilər hər kəsdə müsbət auraxoş hislər yaşatmışdı. Qızmar yay günündə royalın şirmayı dillərindən süzülən incə, həzin melodiyalar insanların ruh halına rahatlıq gətirmişdi.

Məlumat üçün bildirək ki, Züleyxa Abdullayevanın “Sənə səni ifa edim” adlı silsilə konsertləri İstanbulda maraqla qarşılanır. Bu seanslar Türkiyə Səhiyyə Nazirliyi tərəfindən də təsdiqlənib. Musiqişünas öz sahəsi ilə bağlı bir çox yerlixarici alimlərdən bu işin sirlərini öyrənib. 2009-2010-cu illərdə dəyişik nəfəs texnikası elmi ilə də məşğul olubbu sahədə təlimçi kimi ixtisaslaşıb. Alimin bu günə kimiEşqin halları” adlı CD albomu, 2015-ci ildə Ankarada təşkil edilən “Bədən, zehinruh” sərgisində konsert-seansları, 2016-cı il Rusiyada təşkil edilən II Beynəlxalq Musiqi Terapiyası Konfransında ustad dərsləri təşkil edilib.

 

* * *

 

Musiqinin insan həyatında sahib olduğu mühüm yerlərdən birionun sağlamlığımızda müəyyən rol oynamasıdır. Ondan sinir-psixi xəstəliklərin profilaktikası və müalicəsində istifadə olunur. Hələ əski çağlarda musiqinin köməyi ilə insanların bir sıra ağır xəstəliklərdən şəfa tapması barədə faktlar var. Dövrümüzdə də elm sübuta yetirib ki, musiqi insanın fizikiemosional vəziyyətinə müsbət təsir göstərir. Musiqi stressi azaldır, ona ağrıkəsici vasitə kimi təsir göstərir, ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, beyin hüceyrələrini stimullaşdırır, qabiliyyətini yüksəldir, immuniteti gücləndirir.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 10.