“Məqsədimiz Azərbaycanda kaskadyorluğu inkişaf etdirməkdir”

 

Bir Hollivudiki Bollivud filmində iştirak etmək üçün dəvət almışıq”

 

İyulun 20-də Azərbaycanda peşəkar kaskadyor sənəti ilə məşğul olan, Beynəlxalq Nomad Stunts “Peşəkar kaskadyorlarqrupunun Azərbaycandakı nümayəndəsi, idmançı, aktyor Sain Fərhad Fərmanlının rəhbərliyi ilə “Sain’s Action Teamkaskadyorlar komandasının mətbuat konfransı keçirilib.

Sain Fərhad Fərmanlı komanda barədə məlumat verib. Qeyd olunub ki, qrupa Vüqar Məmmədov, Emin Abışov, Tural Şirməmmədov, Orxan Xəlilli, Sain Fərhad Fərmanlı, həmçinin bir xanım (Aytac Əliyeva) daxildir.

Bildirilib ki, “Sain’s Action Team”in əsas məqsədi film sənayesində “Action” janrının inkişafı, döyüş növlərinin təbliği, aktyorların döyüş səhnələri üçün hazırlanması, döyüş səhnələrinin xoreoqrafiyası, kaskadyorluq idmanın təbliğidir.

Yeddiillik fəaliyyətimiz ərzində təkcə Azərbaycanda deyil, həmçinin xaricdə filmlərə çəkilmişik. Bir Hollivud, iki Bollivud filminə dəvət almışıq. Bu böyük layihəni reallaşdırmağı planlaşdırırıq. Layihə çərçivəsində Hollivud ulduzları dəvət olunacaq. Bu yaxınlarda QazaxıstandaTomirisfilminin çəkilişlərində iştirak etdik. Bu filmin döyüş səhnələri vasitəsilə 2020-ci ildə “Taurus Awards” mükafatını almağı hədəfləmişik”, - deyə Sain Fərhad Fərmanlı bildirib.

O daha sonra deyib: “Bizim əsas məqsədimiz Azərbaycanda kaskadyorluq sahəsini inkişaf etdirmək, gələcəkdə bu sahədə savadlı təcrübəli kaskadyorlar yetişdirməkdir. Hazırda Qazaxıstan istehsalı olan növbəti filmdə döyüş səhnələrində iştirak üçün dəvət almışıq”.

Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Nurbek Aımaşov çıxışındaTomrisfilminin çox böyük uğur qazanacağına əminlik ifadə edib. O, Sain Fərhad Fərmanlıya komandasına təşəkkür edib, azərbaycanlı aktyor-kaskadyorların belə böyük layihədə iştirakını yüksək qiymətləndirib.

Diplomat bildirib ki, belə layihələr iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək.

Qeyd olunub ki, peşəkar komandası ilə Qazaxıstanda yeni tarixi film üzərində (döyüş səhnələri üzrə) hazırlıq işləri ilə məşğul olan Sain Fərhad Fərmanlı Azərbaycanda da bir sıra məşhur filmlərdə döyüş səhnələrinin xoreoqrafı aktyor kimi yer alıb. Həmin filmlərdən “Əli və Nino”, “Qorxma, mən səninləyəm. 1919” və s. göstərmək olar.

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 11.